Bolqarıstanlı nazir Bakıda

post-img

Azərbaycanda səfərdə olan Bolqarıstanın gənclər və idman naziri Dimitar İliev Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanış olub. 

Bolqarıstanlı nazir Bakı Su İdmanı Sarayı və Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydan­çası ilə tanış olub. O, buradakı şərait, qarşıda duran işlər barədə mütəxəssislərlə fikir mübadiləsi edib. Həmçinin Milli Gimnastika Arenasına da baxış keçirilib.

Bakı Konqres Mərkəzində ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycan Könül­lülərinin VI Həmrəylik Forumu”na da qonaq olan nazir, kö­nüllülərin mükafatlandırılmasında iştirak edib. D.İliev Bakı Slavyan Universitetində isə tələbələrlə görüşüb.

Günün sonunda Bakı Gənclər Mərkəzinin fəaliyyəti ilə tanış olan qonağa burada fəaliyyət göstərən klublar, infrast­ruktur imkanları, gənclərin şəxsi inkişafı və asudə vaxtının təşkili üçün keçirilən layihələr barədə məlumat verilib.

L.AZAD
XQ

Son xəbərlər