Azad olunmuş ərazilərin memarlıq proqramı

post-img

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalmanın və memarlığın inkişafı” mövzusunda Qış Plenumu keçirilib.

Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə hesabat dövrün­də görülən işlər haqqında geniş məlumat verib, plenum mövzusunun aktuallığın­dan danışıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad edilmiş şəhər və kəndlərin ərazi planlaşdırma sənədlərinin hazırlanma­sında ən müasir və innovativ yanaşma­ların tətbiq edildiyindən və hazırda bu la­yihələr əsasında aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə geniş mə­ruzə edib, bu istiqamətdə bütün memar və layihəçilərin qarşısında duran əsas vəzifələri vurğulayıb. 

Daha sonra məruzə ilə Dövlət Şəhər­salma və Arxitektura Komitəsinin İşğal­dan azad olunmuş ərazilərdə layihələrin idarə edilməsi şöbəsinin müdir müavini Ramil Cahangirov çıxış edib. O, işğaldan azad olunmuş ərazilərin planlaşdırma sənədlərinin hazırkı vəziyyəti, eyni za­manda, burada əhalinin dayanıqlı məs­kunlaşmasını təmin etmək məqsədilə şəhər və kəndlərdə yaradılan yaşayış infrastrukturundan söz açıb.

Qeyd olunub ki, bu günə qədər ko­mitəyə azad olunmuş ərazilər üzrə 410-dan çox müxtəlif təyinatlı tikinti obyektinə ümumilikdə 6 min hektardan çox torpaq sahəsinin ayrılmasına dair müraciətlər edilib. Artıq 110-dan çox tikinti obyekti­nin şəhərsalma əsaslandırılması təsdiq edilib, 100-dən artıq obyektin tikinti­sinə icazə verilməsi üçün layihə-smeta sənədləri komitəyə təqdim olunub.

Sonda 2024-cü ilin yaz plenumunun işğaldan azad olunmuş ərazilərdə tarixi irsimizin bərpası və qorunub saxlanıl­ması mövzusuna həsr olunması qərara alınıb.

XQ



Son xəbərlər