Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 11-də Biləcəri qəsəbəsindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mustafayev saxlanılıb.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisindkiə mağazaların birindən 2000 manat dəyərində meyvə-tərəvəz oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Zəkizadə saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
XQ