Ermənistanda bir hərbçi öldürülüb, biri isə ağır yaralanıb

post-img

Ermənistanda hərbçilərlə mülki şəxslər arasında əlbəyaxa dava olub. Nəticədə bir hərbçi zabit öldürülüb.

Hadisə İrəvandakı Vazgen Sarkisyan adına hərbi universitetin yaxınlığında baş verib. Müdafiə Nazirliyinin 5 zabiti ilə 3 nəfər mülki şəxs arasında mübahisə olub. Sonra isə hərbçilərlə mülki şəxslər dava ediblər.

Mübahisəyə mülki şəxsin hərbiçilərə olan pul borcunu qaytarmamasının səbəb olduğu bildirilir. Həmin şəxs hərbçilərin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra bıçaqla baş leytenant Gevorq Marqaryan və David Sayadyana ağır bədən xəsarəti yetirib. Təcili yardım maşını onları tibb mərkəzinə çatdırıb. Sonuncu xəstəxanada ölüb.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün ilkin araşdırma aparılır. Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan hərbi qulluqçularla bağlı təfərrüatları açıqlamaq istəməyib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Son xəbərlər