Avropa Şurasının Baş katibi Milli Məclisdə

post-img

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Görüşdə Azərbaycanla Avropa Şurası arasında mövcud əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində görülmüş işləri, həyata keçirilmiş birgə proqramları qeyd edib. O, regionda gedən proseslər barədə ətraflı məlumat verib.

Parlamentin sədri qeyd edib ki, bu gün artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. Bu mənada, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması üçün mühüm addım kimi qiymətləndirilib. 

Mariya Peyçinoviç Buriç Azərbaycanın Avropa Şurasının dəyərli üzvü olduğunu vurğulayıb. O, Azərbaycan parlament nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında fəal iştirakını qeyd edib. 

Eyni zamanda, Avropa Şurasının Azərbaycan və Ermənistan Regionda davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmizin atdığı addımları təqdir etdiklərini bildirən Mariya Peyçinoviç Buriç Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə Avropa Şurasının töhfə verməyə hazır olduğunu vurğulayıb.

XQ

 

Son xəbərlər