Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

post-img

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskinin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 8-də Fəxri xiyabana gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.

Nümayəndə heyətinin üzvləri Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Son xəbərlər