Fazil Mustafa Milli Məclis komitəsinin sədri seçilib

post-img

Deputat Fazil Mustafa Milli Məclisin Mədəniyyət komitəsinə sədr seçilib.

XQ xəbər verir ki, bununla bağlı məsələ parlamentin dekabrın 8-də keçirilən iclasında səsəverməyə çıxarılaraq qəbul edilib.

Deputat Ülviyyə Həmzəyeva isə komitənin sədr müavini seçilib.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin keçmiş sədri Qənirə Paşayeva olub. O, bu ilin sentyabrında vəfat edib.

Anar ƏLİ

XQ

Son xəbərlər