Baş Prokurorluq: Füzuli rayonunda mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır

post-img

Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonunun Horadiz kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun minaya düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Zamin Həsənlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər