Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, Əməkdar jurnalist Yalçın Mustafa oğlu Əlizadə dünyasını dəyişib.
Bu barədə XQ-ə fakültənin müəllimi Əli Hacıyev məlumat verib.
O qeyd edib ki, Y.Əlizadə bu gün 83 yaşında vəfat edib.
Xatırladaq ki, Y.Əlizadə 1999-2012-ci illər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı olub. O, "Azərbaycanda radio-jurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, bu sahənin ən yaxşı tədqiqatçılarından sayılıb, həmçinin radio-jurnalistikanın nəzəri əsaslarını fundamental sürətdə araşdıran ilk alimlərdən biri olub. Yalçın Əlizadə televiziya və radio-jurnalistikanın aktual problemlərinə dair yüzə yaxın elmi məqalənin, iki dərsliyin, üç sənədli publisist kitabın müəllifidir.
Rizvan FİKRƏTOĞLU
XQ