Azərbaycanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidentini təbrik edib

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktuma təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xid­mətindən verilən məlumata görə, mək­tubda bildirilir ki, Azərbaycan ilə Birləş­miş Ərəb Əmirliklərini qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasi­bətləri, ortaq dini və mədəni dəyərlər birləşdirir. Bu möhkəm zəmin üzərin­də qurulan dövlətlərarası əlaqələrin bu gün müvəffəqiyyətlə inkişaf etdiyi qeyd olunur, investisiya, iqtisadi-ticari, bərpaolunan enerji, turizm sahələrində əməkdaşlığın son vaxtlar genişlənməsi xüsusi vurğulanır. 

Məktubda, həmçinin Azərbay­can-BƏƏ ikitərəfli əlaqələrinin bir çox istiqamətlər üzrə yaxşı perspektivləri­nin olduğu qeyd edilərək qarşılıqlı fay­dalı əməkdaşlığın genişləndirilməsinin bundan sonra da iki ölkənin xalqlarının rifahına töhfələr verəcəyinə əminlik ifa­də olunur. 

XQ

Son xəbərlər