Quba polisi xeyli sayda sənədsiz silah-sursatı təhvil götürüb

post-img

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı rayon sakini E.Mirzəyev yol kənarından tapdığı 1 ədəd “AK-74” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı, 30 ədəd güllə, 4 ədəd qumbara, 2 ədəd qumbara alışdırıcısı, “PK” pulemyot patronlarını üzərində saxlayan 1 ədəd sep və 1 ədəd patron qutusunu könüllü olaraq Quba RPŞ-ə təqdim edib.

Bundan başqa keçirilən profilaktiki tədbirlərin nəticəsində 1 ədəd ov tüfəngi təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Şahanə XANKİŞİYEVA
XQ

Son xəbərlər