“Haber Global” Avropada birinci oldu

post-img

“Haber Global” yutub kanalı Avropanın köklü xəbər kanallarını geridə qoyaraq böyük uğura imza atıb.

Yutubun rəsmi ölçü tərəf­daşları “Social Blade” və “Vi­dIQ”ya görə, “Haber Global” ən çox baxılan yutub kanal­ları siyahısının ilk pilləsində qərarlaşıb. Kanal son bir ildə 1,125 milyard baxışla yutub xəbər kanalları arasında Av­ropa üzrə birinci olub.

İkinci yerdə 1,116 milyard baxışla Britaniyanın köklü “Sky News” televiziyası qərarlaşıb. Siyahıda bundan sonra BBC (779 milyon), Almaniyanın “DW News” kanalı (518 milyon) gəlir. İlk beşliyi 477 milyon baxışla “France 24” tamamlayır.

Məlumata görə, “Haber Global” yutub kanalını Türkiyədən əlavə, ən çox izləyən ölkələr Azərbaycan, Almaniya, Rusiya, Fransa və Niderlanddır. 

XQ

Son xəbərlər