Ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiyaların ödənilməsinə başlanıldı

post-img

Əmanətlərin Sığortalanmsı Fondu tərəfindən, ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödə­nilməsinə bugündən etibarən başlanılmışdır. Kompensasiya ödənişləri agent banklar olaraq seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin bütün ölkə üzrə filial şəbəkələri vasitəsilə uğurla həyata keçirilməkdədir. 

Qeyd edək ki, "Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikası Qanunun 28.5-ci maddəsinə əsasən əmanətçilərin ərizələ­rinin qəbul edildiyi gündən ən geci 30 təqvim günü ərzində Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ödənişi həyata keçirilir. 

Xatırladaq ki, son illər ərzində ölkədə ləğv prosesinə başlanılmış 5 bank – “Ata Bank” ASC , “Amrahbank” ASC, “NBC Bank” ASC , “AG Bank” ASC və “Günay Bank” ASC üzrə Əmanətlərin Sığortalanması Fondu tərə­findən 700 milyon manatdan artıq kompensasiya ödənişi uğurla həyata keçirilmişdir.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz. 

www.adif.gov.az

Reklam və elan