Qırğızıstanda soydaşlarımızın milli-mədəni inkişafı

post-img

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bişkek şəhərinə səfəri çərçivəsində Qırğızıstan Xalq Assambleyasının sədri Almambet Matubraimovla görüşüb. 

A.Matubraimov hazırda Qır­ğızıstan ərazisində 100-dən artıq milli azlığın nümayəndələrinin ya­şadığını diqqətə çatdırıb. Qeyd edib ki, bütün milli azlıqların hüquq və azadlıqlarının təmin olunması is­tiqamətində çalışan assambleyada 30 təşkilat rəsmi olaraq təmsil olu­nur. O, azərbaycanlıların mütəşəkkil qüvvəyə çevrildiyini vurğulayıb. 

Qırğızıstanda Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnazi­ya təhsil-tərbiyə kompleksini, Niza­mi Gəncəvi adına 103 nömrəli Qır­ğızıstan–Azərbaycan orta məktəbini və “İrs” İctimai Birliyinin nəzdindəki “Bazar günü məktəbi”ni ziyarət etdi­yini bildirən F.Muradov həmin mək­təblərdə Azərbaycan dilinin tədris olunmasından məmnunluğunu ifadə edib. Dövlət komitəsinin sədri qırğız cəmiyyətinə sıx inteqrasiya edən azərbaycanlıların dövlət qayğısı ilə əhatə olunduğunu yüksək qiymət­ləndirib.

Sonda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğı­zıstan Xalq Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb.

XQ

Son xəbərlər