“Azərbaycanda qızılbaş irsi: tarixin izi ilə” mövzusunda beynəlxalq konfrans

post-img

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində “Azərbaycanda qızılbaş irsi: tarixin izi ilə” mövzusunda beynəlxalq konfrans keçirilir.

Öncə iştirakçılar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Konfrans qızılbaşların kökləri və kimliyi haqqında biliklərin formalaşdırılması, qlobal qızılbaş icmasının yenidən birləşməsinə səbəb ola biləcək ünsiyyətin təşviqinə həsr olunub.

Tədbir çərçivəsində bir sıra mövzularda panel müzakirələr aparılır. Beynəlxalq konfransa noyabrın 30-da yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycanın tarixi torpaqlarından köçərək digər ölkələrdə məskunlaşmış Qızılbaş əsilli soydaşlarımıza öz mənşəyinə qovuşmaq imkanı vermək, onların birgə fəaliyyətini koordinasiya etmək, Azərbaycan dili və mədəniyyətini tanıtmaq, ölkəmizə, cəmiyyətimizə inteqrasiya etmək məqsədilə 2022-ci ildə Kanadada Qızılbaş Qlobal İrsi Təşkilatı təsis olunub.

Anar Əli
XQ





Son xəbərlər