Silahlar könüllü təhvil verilib

post-img

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlərlə qanunsuz saxlanılan silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd edilən tədbirlər zamanı polis əməkdaşları tərəfindən 3 müxtəlif kalibrli ov silahı təhvil götürülüb.

Başqa bir tədbirlə sanitariya ve gigiyena qaydasının pozulması, tullantıların yeşiklərdən kənara atılması halı da aşkarlanıb. Ərazinin zibillənməsi halı ilə bağlı cavabdeh şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.

Bu istiqamətlərdə tədbirlər davam etdirilir.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər