FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

post-img

Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə FHN Bakı Regional Mərkəzində “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün maarifləndirmə tədbiri keçirilib. Tədbirin keçirilməsində məqsəd layihə iştirakçılarını fövqəladə hallardan mühafizə etmək və mülki müdafiə sahəsində bilik və bacarıqlarını artırmaqdır. Məlumatı FHN mətbuat xidməti verib. 

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları və “Məktəblinin dostu” layihəsinə cəlb olunan şəxslər iştirak edib.

Tədbirdə mərkəzin əməkdaşları tərəfindən fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyənin təşkili barədə ətraflı məlumat verilib, mövzulara dair videoçarx nümayiş etdirilib.

Sonda "yanğınla" mübarizə tədbiri simulyasiya edilib, xilasetmə alət və avadanlıqları barədə tədbir iştirakçılarına məlumat verilib. Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil edilir.

P.ƏMİRCANOV

XQ

 





Son xəbərlər