Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri Şərqşünaslıq İnstitutunda olub

post-img

İraqda nəşr olunan “Kərkük” qəzetinin baş redaktoru, Kərkük Mədəniyyət Dərnəyinin və İraq Türkman Jurnalistlər Cəmiyyətinin rəhbəri, araşdırmaçı yazar doktor Şəmsəddin Kuzəçi noyabrın 3-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. 

AMEA-dan verilən məlumata görə, Şəmsəddin Kuzəçi AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Akademik G.Baxşəliyeva qonağa Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar barədə məlumat verib. Ş.Kuzəçi də öz növbəsində apardığı araşdırmalardan bəhs edib. 

Akademik G.Baxşəliyeva S.Kuzəçiyə Şərqşünaslıq İnstitutunun nəşrlərindən hədiyyə edib. Ş.Kuzəçi müəllifi olduğu “Azərbaycan məqalələrim” kitabını akademik G.Baxşəliyevaya təqdim edib.



Son xəbərlər