Noyabrın 1-də gecə saatlarında Binəqədi rayonu ərazisində yerləşən qorunan musiqi alətləri mağazasından Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Bu barədə XQ-yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları dərhal həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılaraq 40-cı polis bölməsinə təhvil verilib.
Saxlanılanın Qubadlı rayon sakini T.Ələsgərov olması məlum olub. Faktla bağlı araşdırma aparılır.
Rizvan FİKRƏTOĞLU
XQ

