Heydər Əliyev Fondunda not kitablarının təqdimatı

post-img

Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondu tərəfindən hazırlanan Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərindən ibarət not kitablarının təqdimatı olub.

Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva təqdim edilən əsərlərin Azər­baycan Respublikasının Birinci vitse-pre­zidenti, Heydər Əliyev Fondunun prezi­denti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Əbədi imzalar” layihəsi çərçivəsində işıq üzü gördüyünü bildirib.

Tədbirdə mədəniyyət nazirinin müa­vini Murad Hüseynov, Bəstəkarlar İtti­faqının sədri, Xalq artisti Firəngiz Əliza­də, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fər­had Bədəlbəyli, Xalq artisti, dirijor Yalçın Adıgözəlov və Əməkdar artist, bəstəkar Vüqar Camalzadə çıxış edərək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu tədbirin mühüm əhəmiyyət kəsb etdi­yini deyiblər. Diqqətə çatdırılıb ki, müa­sir dövrdə Azərbaycan musiqisi Heydər Əliyev Fondu tərəfindən bütün dünyada tanıdılır.

Qeyd edilib ki, layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin altı görkəmli nümayəndəsi – Asəf Zeynallı, Cövdət Hacıyev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Vasif Adıgözəlovun simfonik, kamera-instrumental, vokal, for­tepiano əsərləri, eləcə də müxtəlif alətlər üçün solo və xor partiyaları çap olunub.

XQ

Son xəbərlər