2024-cü ilin dövlət büdcəsi layihəsi müzakirə olunub

post-img

Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. 

Komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə “Azərbaycan Respublikası­nın 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin (birinci oxunuş) daxil oldu­ğunu deyib. O, sənədin ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edildiyi­ni söyləyib.

Komitə sədri qeyd edib ki, ölkənin 2024-cü il üçün dövlət və icmal büd­cəsinin layihəsi və sonrakı 3 il üçün dövlət və icmal büdcənin parametrləri, ortamüddətli dövr üçün makro-iqtisadi proqnoz göstəriciləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada Milli Məclisə daxil olub. Büdcə layihəsində növbəti ilin gəlirlərinin cari ilə nisbətən 282,5 milyon manat, xərclərinin isə 138,2 mil­yon manat artması planlaşdırılır. Sosial xərclərin 1 milyard 34,5 milyon manat artması planlaşdırılır və bu da insanla­rın maddi rifah halının daha da yaxşı­laşdırılmasına xidmət edəcək.

Maliyyə naziri Samir Şərifov bildi­rib ki, 2024-cü ilin dövlət büdcəsi la­yihəsi regionda yaranan yeni reallıqlar nəzərə alınmaqla, güclü milli iqtisadi resurslara söykənərək Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı ilə bağ­lı mühüm əhəmiyyətə malik tədbirlərin maliyyələşdirilməsi üçün zəmin yaradır. Növbəti ilin dövlət büdcəsində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, azad edilmiş ərazilərimizə Böyük Qa­yıdışa dair Birinci Dövlət Proqramında müəyyən edilmiş mühüm tədbirlərin icrası üçün maliyyə təminatının yara­dılması əsas prioritet xərc istiqamətləri kimi nəzərdə tutulub. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov 2024-cü il və sonrakı 3 il üçün sosial-iq­tisadi inkişafın parametrləri barədə mə­lumat verib. Mərkəzi Bankın sədri Taleh Kazımov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Hesablama Pa­latasının sədri Vüqar Gülməmmədov müzakirə edilən layihə barədə rəy və təkliflərini bildiriblər. 

Sonra iclasda 2024-cü ilin dövlət büdcəsi layihəsi ətrafında geniş müza­kirələr aparılıb.

XQ

Son xəbərlər