Rusiya MN Qarabağın tarixi yer adlarını bərpa etdi

post-img

Rusiya Müdafiə Nazirliyi gündəlik bülletenlərdə Qarabağdakı bütün yer adlarını Azərbaycanın tarixi toponimləri ilə əvəz edib.

XQ xəbər verir ki, bugünkü bülletendə "Qarabağ" Azərbaycanın Qarabağ iqtisa­di rayonu, "Stepanakert" Xankəndi kimi təqdim olunub.

Bununla yanaşı, "Mardakert" Ağdərə, "Əsgəran" Xocalı, "Martuni" Xocavənd kimi qeyd edilib.

Bundan əvvəl Azərbaycanın Qarabağ regionu ilə bağlı bülletenlərdə SSRİ döv­ründəki terminlər istifadə edilib.

XQ

Son xəbərlər