2023-cü ilin yanvar-sentyabr aylarında ölkədə 865,2 min dekalitr (dkl) üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 42,7 faiz və ya 258,8 min dkl artıb.
Cari ilin avqust ayı ilə müqayisədə isə sentyabrda istehsal həcmində 24,9 faiz və ya 20,3 min dkl artım qeydə alınıb.
Sentyabr ayında 101,9 min dkl şərab istehsal olunub. Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı isə 873,9 min dkl təşkil edib.
P.ƏFƏNDİ
XQ