Bakı Dövlət Universiteti (BDU) hüquq fakültəsinin müəllim və tələbələri Strasburq şəhərində “Yaxşı İdarəetmə üçün Avropa İttifaqı və Avropa Şurası Tərəfdaşlığı: Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” layihəsi çərçivəsində təlimlərdə iştirak ediblər.
Ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov təlimlərin açılış mərasimində Azərbaycanın bu qurum ilə əməkdaşlıq istiqamətləri haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıb.
İlk dəfə bu formatda keçirilən təlimdə BDU təmsilçilərinə hüquq fakültəsinin dekanı Zaur Əliyev rəhbərlik edib. AŞPA sessiyasında da iştirak edən təlim iştirakçıları Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığının Azərbaycan üzrə insan hüquqları məsləhətçisinin mühazirəsini dinlənildikdən sonra qarşılıqlı fikir mübadiləsi aparıblar. Müzakirə zamanı Zaur Əliyev Ermənistanın 30 illik işğal siyasəti nəticəsində azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquq və azadlıqlarından danışıb.
XQ

