Oktyabrın 20-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.
Yenilənmiş növbəti həyət Binəqədi rayonu, Həmzə Babaşov küçəsi 12, 13, 14, 15, 16, 17, 19, 20, 21 ünvanında 3000 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.
Abadlaşdırılan növbəti həyətdə fiziki məhdudiyyətli və sağlamlıq imkanları zəif olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların əyləncəli vaxt keçirməsi üçün şərait yaradılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.
XQ