Nyu-Yorkda Azərbaycan Bayrağı

post-img

ABŞ-ın Nyu-York şəhərinin maliyyə mərkəzi hesab olunan “Wall Street” küçəsində yerləşən məşhur “Bowling Green” parkında 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Dövlət Bayrağının qaldırılma mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsin­dən bildiriblər ki, Azərbaycan Nyu-York Assosiasiyası üzvlərinin təşkilatçılığı ilə baş tutan mərasimdə şəhər meriyasının təmsilçiləri, azərbaycanlı diplomatlar, soydaşlarımız və yerli ictimaiyyətin nü­mayəndələri iştirak ediblər.

Azərbaycan Nyu-York Assosiasiya­sının prezidenti Ercan Yerdələnli və vit­se-prezidenti Zəminə Mirhadıyeva mə­rasim iştirakçılarını bayram münasibətilə təbrik ediblər. Builki bayramın fərqli ol­duğuna, Azərbaycanın ərazi bütövlüyü­nün və suverenliyinin Qarabağ üzərində tam bərpa edilməsi fonunda keçirildiyinə diqqəti cəlb ediblər.

Sonra Azərbaycan Dövlət Himninin sədaları altında üçrəngli şanlı bayrağı­mız Nyu-York səmasına ucaldılıb və ABŞ bayrağı ilə yanaşı dalğalandırılıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Bayrağı şəhərin ilk rəsmi parkı və nəhəng bayraq meydanı kimi tanınan “Bowling Green”də 10 gün müddətində dalğalandı­rılacaq. Oktyabrın 27-dən isə Azərbaycan Bayrağını Türkiyə Bayrağı əvəz edəcək. Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə bu yerdə qardaş ölkənin bayrağı ucaldılacaq.

XQ

Son xəbərlər