Müdafiə Nazirliyinin xəbərləri

post-img

Azərbaycan Ordusunda 2023-cü ilin hazırlıq planına uyğun olaraq silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər keçirilir.

Bütün hərbi hissələr silah və texnika­nın payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək üçün mərkəzləşdirilmiş qaydada yanacaq-sürt­kü materialları, həmçinin digər zəruri ehti­yat hissələri və avadanlıqlarla təmin edilir.

Keçirilən kompleks tədbirlər çərçivə­sində texnikanın yanacaq-sürtkü mate­rialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilir, o cümlədən elektrik və hidrav­lik sistemlərinin istismara yararlılığı yox­lanılır.

* * *

Türkiyədə Azərbaycan hərbçilərinin də qatıldığı "Erciyes-2023" təlimləri başa çatıb.

Təlimlərdə Azərbaycanla yanaşı, Gür­cüstan, Pakistan, Liviya, İspaniya, İtaliya və Özbəkistan da müşahidəçi kimi təmsil olunub.

Təlimlərdə 652 nəfərlik şəxsi heyət, 67 nəqliyyat vasitəsi, 5 təyyarə və 354 müxtəlif növ silahlardan istifadə olunub.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də sözügedən təlimlərlə bağlı məlumat yayıb.

XQ



Son xəbərlər