Taxıl toxumu pulsuz verilir

post-img

Naxçıvan Kənd Təsərrüfatı Nazirliyi­nin mətbuat xidmətindən verilən məlu­mata görə, muxtar respublikanın regional dövlət aqrar inkişaf mərkəzləri tərəfindən taxıl istehsalçılarına ilk dəfə dövlət dəstə­yi hesabına payızlıq əkin üçün buğda və arpa toxumları verilir.

Bildirilir ki, ötən ilin payızlıq, cari ilin yazlıq əkinləri üzrə, ümumilikdə, 21 min 247 hektar sahədə taxıl əkinləri həyata keçirilib. 9 min 797 hektar sahədə biçin aparılıb, 49 min tondan çox taxıl əldə edilib və orta məhsuldarlıq 24,9 sentner olub. 1450 hektar sahədə isə biçin apa­rılmayıb. Bu isə keyfiyyətli toxumlardan istifadə edilməməsi, aqrotexniki qulluq qaydalarının düzgün yerinə yetirilməmə­si, eyni zamanda, quraqlıqla bağlı olub. 

Bu ildən etibarən bütün istehsalçı­larla taxıl əkinləri üzrə vaxtında şumun qaldırılması, əkinin həyata keçirilməsi, aqrotexniki qulluq qaydalarının göstəril­məsi haqqında mütəmadi olaraq maarif­ləndirmə tədbirləri həyata keçirilib və bu istiqamətdə işlər davam edir.

Eyni zamanda, istehsalçıların tələ­batlarının ödənilməsi üçün dövlət dəstəyi hesabına həm nağd formada subsidiya­ların, eləcə də gübrələrin verilməsi təmin olunub. Bu istiqamətdə görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respub­likası Kənd Təsərrüfatı Nazirliyi tərəfin­dən dövlət dəstəyi hesabına toxumluq “Alekseiç” buğda sortunun gətirilməsi re­allaşdırılıb. 

Qeyd edək ki, keçən il muxtar res­publikanın müxtəlif bölgələrində bu sort toxumun əkini aparılıb və xüsusilə Şə­rurda yüksək nəticələr əldə edilib. Bu mövsümdə də həmin toxumun istifadəsi nəzərdə tutulub. Bundan başqa təsərrü­fatçılara dəstək olaraq gübrə təminatı da diqqətdə saxlanılıb. 

XQ

Son xəbərlər