Yeni emal müəssisələri yaradılacaq

post-img

“Naxçıvan Muxtar Respublika­sının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqra­mı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında 2023-2024-cü illər­də muxtar respublikada kənd təsərrü­fatı məhsullarının emal və qablaşdırma sahələrinin inkişaf etdirilməsi məqsədilə istehsal müəssisələrinin yaradılması nəzərdə tutulub. 

Sənədə əsasən, muxtar respublikada kənd təsərrüfatı məhsullarının emalı üzrə müxtəlif təyinatlı (ət və süd emalı, mey­və və tərəvəz emalı, o cümlədən mey­vəqurutma, bal və s.), eləcə də şəkər və nişasta istehsalı, dəri və yun qəbulu, o cümlədən dəri emalı müəssisələrinin və qablaşdırma və tara müəssisəsinin yara­dılmasının təşviq edilməsi də planlaşdı­rılır.

XQ

Son xəbərlər