Muxtar diyarda tramvay xətti çəkiləcək

post-img

“Naxçıvan Muxtar Respublika­sının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqra­mı”nın 2023–2024-cü illər üzrə Təfsilat­lı Tədbirlər Planında gələn il Naxçıvan şəhərində tramvay xəttinin layihələndiril­məsi nəzərdə tutulur.

Tədbirlər planına əsasən, elektrik mü­hərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi–gömrük güzəştlərinin tətbiqi, eko­loji təmiz və təhlükəsiz nəqliyyat vasitələ­rindən (minik avtomobilləri, avtobuslar və s.) istifadənin artırılması, elektriklə işləyən nəqliyyat vasitələri üçün doldur­ma məntəqələrinin qurulması nəzərdə tutulur.

XQ

Son xəbərlər