TÜRKSOY Daimi Şuranın 40-cı iclasını Şuşada keçirdi

post-img

Dünən Şuşada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası keçirilib. Tədbir Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli iclasın əhəmiyyətin­dən danışıb. TÜRKSOY-un Baş katibi Sultan Raev deyib ki, bu il Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Türkiyə Cümhuriyyətinin yaranma­sının 100 illiyi və TÜRKSOY-un isə 30 illik yubileyləridir.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iclasın mühüm qərarlarla yadda qalacağını bil­dirib.

Azərbaycan Respublikası Preziden­tinin Şuşa rayonunda xüsusi nümayən­dəsi Aydın Kərimov, Qırğız Respublika­sının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Kayrat İmanaliyev, Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahodir Axmedov, Türkiyə mədəniy­yət və turizm nazirinin müavini Serdar Çam, Şimali Kipr Türk Respublikası Baş nazirinin müavini – turizm, mə­dəniyyət, yaşayış və ətraf mühit naziri Fikri Ataoğlu, Türkdilli Ölkələrin Parla­ment Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev iclasın əhəmiyyətindən da­nışıblar. Vurğulanıb ki, iclasda alınacaq qərarlar Türk dünyasının gələcək inki­şafına öz töhfəsini verəcək. 

XQ

Son xəbərlər