İqtisadiyyata investisiya qoyuluşu çoxalır

post-img

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar–sentyabr aylarında ölkəmizdə əsas kapitala 12 milyard manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz çox vəsait yönəldilib.

Son 1 ildə neft-qaz sektoruna investi­siyalar 18,1 faiz, qeyri-neft-qaz sektoru­na investisiyalar isə 23,2 faiz artıb.

Hesabat dövründə istifadə olunmuş vəsaitin 7 milyard 482 milyon mana­tı və yaxud 58,8 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 607,8 milyon ma­natı və yaxud 36,2 faizi xidmət sahələ­rinə, 639,1 milyon manatı və yaxud 5 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

9 ay ərzində əsas kapi­tala yönəldilmiş vəsaitlərin 9 milyard 839,7 milyon manatını və yaxud 77,3 faizini daxili vəsaitlər təşkil edib, 9 milyard 293,3 milyon manatı və yaxud 73 faizi bilavasitə tikinti-quraş­dırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilat­ların öz vəsaitləri 45,4 faiz, büdcə vəsait­ləri 40,6 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, bank kreditləri 2,6 faiz, sair vəsaitlər isə 5,2 faiz paya malik olub.

XQ

İqtisadiyyat