İllik inflyasiyanın 9,5 faiz olacağı proqnozlaşdırılır

post-img

İqtisadiyyat Nazirliyi tərəfindən antiinflyasiya tədbirləri nəzərə alınaraq 2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə 9,5 faiz olacağı proqnozlaşdırılır.

Bu fikrilər İnflyasiya və Qiymət Moni­torinqi üzrə İşçi qrupunun iclasında səs­ləndirilib. Qeyd edilib ki, Statistika Ko­mitəsinin son məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 10,9 faiz olub. Bu dövrdə illik inflyasiya 5,1 faiz təşkil edib.

İclasda qlobal inflyasiya səviyyəsin­də, xüsusilə dünya ərzaq qiymətlərində azalma meyillərinin olduğu qeyd edilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təş­kilatının açıqladığı son məlumata əsasən, sentyabr ayında ərzaq qiymətləri indeksi son bir ildə 10,7 faiz ucuzlaşıb.

XQ

Son xəbərlər