9 ayda ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 faiz artaraq 923 manata çatıb.
Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə, sığorta, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya-rabitə sahələrində orta aylıq əməkhaqqı daha yüksək olub.
Bu il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında çalışan işçilərin sayı 1 milyon 707 min nəfər olub.Onlardan 8 min 878 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 819 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
XQ