YAP–AK Parti münasibətləri dostluq və qardaşlığa xidmət edir

post-img

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz qardaş ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Cevdet Yılmaz iki dost və qar­daş ölkə olan Azərbaycan ilə Tür­kiyə arasındakı münasibətlərin uğur­la inkişaf etdiyini söyləyib.

Vitse-prezident qeyd edib ki, nümunəvi xarakter daşıyan Tür­kiyə-Azərbaycan işbirliyi regional və beynəlxalq əhəmiyyətə malikdir. C.Yılmaz vurğulayıb ki, iki ölkənin münasibətləri xalqlarımızın birliyini ifadə edən möhkəm təməl üzərində qurulub və dostluğumuz, qardaş­lığımız əbədidir. Türkiyə və Azər­baycan beynəlxalq platformalarda bir-birini fəal şəkildə dəstəkləyir.

Səmimi qəbula görə minnətdar­lığını bildirən YAP Sədrinin müavi­ni – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iki ölkənin liderləri – Azər­baycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasətlə­ri nəticəsində Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviy­yədə olduğunu, dövlətçilik maraq­larımızın məharətlə təmin edildiyini vurğulayıb. 

Tahir Budaqov iki ölkənin hakim partiyaları arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini də diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğu­ran digər məsələlər barədə müza­kirələr aparılıb.

Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Mil­li Məclisin deputatları - YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə, YAP Təftiş Komissiyasının səd­ri Sevinc Hüseynova, YAP ilə AK Parti arasında əlaqələndirici Ramil Həsən və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və icti­maiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.

XQ

Son xəbərlər