Deputatlar nələrdən danışıblar?

post-img

Seçki Məcəlləsinə dəyişiklik zəruridir

“Qarşıdan parlament seçkiləri gəlir və ona görə də Seçki Məcəlləsinə ciddi dəyişikliklər edilməlidir”. Bu təklifi Milli Məclisin komitə sədri Siyavuş Novru­zov irəli sürüb. Onun sözlərinə görə, mövcud seçki qanunvericiliyi dövrün tələblərinə cavab vermədiyindən ef­fektivliyini itirib: “İstər mövcud şərait, istərsə də “Siyasi partiyalar haqqında” Qanunun qəbul edilməsi Seçki Mə­cəlləsinə dəyişikliyi zəruri edir. Biz bu məsələyə yenidən baxmalıyıq”.

Sovet maşını olanlar niyə sosial yardım ala bilməz?

Milli Məclisin payız sessiyasının ilk plenar iclasında Siyavuş Novruzov so­sial yardımların effektivliyindən söhbət açıb: “Bilməliyik ki, bu sosial yardımlar effekt verir, ya yox? Çünki indiyədək sosial yardımların effektivliyi ilə bağlı heç bir hesabatlılıq həyata keçirilmə­yib. 

Ünvanlı sosial yardımla bağlı da dinləmələrin keçirilməsinə ehtiyac var. Hər il buna 150-300 milyon manat sərf olunur. Bəlkə qaydaları dəyişək ki, daha effektli olsun? Birinin adına köh­nə sovet maşını, yaxud torpaq sahəsi olduğu üçün ona ünvanlı sosial müa­vinət verilmir. Köhnə sovet maşının ün­vanlı sosial yardıma nə aidiyyatı var?” 

“Matəm günləri” lazımdırmı? 

Bu fikiri deputat Fazil Mustafa bil­dirib. O, bunu Azərbaycanın qalib ölkə olması ilə əlaqələndirib: “Azərbaycan artıq dünyada qalib ölkə kimi qəbul edi­lir. Qalib dövlətin ancaq qələbə günləri olmalıdır. Artıq yeni dövrə başlamaq lazımdır. Matəm günlərinin təqvimdən çıxarılmasına baxılmalıdır. 31 Mart və digər bunun kimi günlər də bura aid edilməlidir”.

Qərbi azərbaycanlılar Qarabağa köçürülməlidir 

“Azərbaycan bu günlərdə öz tarixi­nin ən şanlı səhifələrini yazır, xalqımız özünün ən qürurlu günlərini yaşayır”. Bu fikirləri parlamentin payız sessiya­sında deputat Qüdrət Həsənquliyev səsləndirib. 

O bildirib ki, bugünkü Ermənistan ərazisindən acımasızcasına, işgən­cələrə məruz qoyularaq, təhqir oluna­raq qovulmuş soydaşlarımız Qarabağı tərk etmiş, Azərbaycan vətəndaşlığını qəbul etməyən separatçıların yaşadığı Xankəndi və digər yaşayış məntəqələ­rinə köçürülməlidir: “Həm də bunu ba­cardıqca tez etməliyik”. 

20 Sentyabr “Bütövlük Günü” olsun!

Deputat Zahid Oruc maraqlı tək­liflə çıxış edib: “Antiterror tədbirləri 44 günlük Vətən müharibəsinin davamıdır. Buna görə, nəticələr 45 günlük mühari­bə kimi simvollaşa, Azərbaycanın siya­si təqviminə qızıl hərflərlə yazıla bilər”. 

O təklif edib ki, soyqırımı, kütləvi in­san və torpaq itkiləri yaşayan bir xalqın 8 noyabrda qazandığı Zəfərin davamı olaraq, 20 sentyabrı “Bütövlük günü” kimi qeyd edək və onu rəsmiləşdirək: ”Bu, hər bir azərbaycanlının, bütövlük­də xalqımızın iradəsini əks etdirir”.

Hazırladı:
Ə.BƏDƏLOV
XQ

Son xəbərlər