Oktyabrın 6-da Xarici İşlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Murayxi ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Söhbət zamanı Azərbaycan ilə Qətər arasında beynəlxalq təşkilatlar və platformalar, xüsusən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan səmərəli əməkdaşlıq qeyd edilib. Eyni zamanda, iki ölkə arasında birgə hökumətlərarası komissiyanın gündəliyində duran məsələlərə toxunulub.
Nazir Azərbaycanın özünün suveren ərazisində beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə həyata keçirdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən bəhs edib.
Qətər tərəfi Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
XQ