Konqresin üçüncü günündə kosmosun həyatımıza təsiri mövzusunda məsələlər müzakirə olundu

post-img

Heydər Əliyev Mərkəzinin Auditorium zalında “İAF GNF - Davamlı və Təhlükəsiz Kosmos Ekosisteminin qurulmasında Operatordan Operatora Əməkdaşlıq və Koordinasiya” mövzusunda panel müzakirələr keçirilib. 

   Tədbirdə kosmosun planetimizdə həyat üçün çox vacib rol oynaması və hər gün dünyada milyardlarla vətəndaşın həyatına təsir göstərməsi ilə bağlı fikir mübadiləsi aparılıb. İtaliyanın “D-Orbit SpA” kosmik şirkətinin baş müşaviri Catherine Doldirina, Belçikanın “Emea Planet” kosmos idarəsinin hökumət işləri üzrə vitse-prezidenti Lukaszczyk Agnieszkanın və digər məruzəçilərin kosmik infrastrukturun təhlükəsizliyi və kosmosdan uzunmüddətli davamlı istifadənin təmin edilməsi, peyklərdən gələn qiymətli məlumatların və xidmətlərin toplanması və istifadəsinə əsaslanan fəaliyyətlərin davam etdirilməsi barədə çıxışları dinlənildi. Kosmosun davamlılığı ilə bağlı beynəlxalq tədbirləri davam etdirmək və  bu mövzuda daha faydalı işlər görmək məqsədilə konkret mexanizmlər hazırlamaq üçün könüllülərin fəaliyyətindən səmərəli istifadə olunmasının da əhəmiyyətindən danışıldı.

  Qeyd edək ki, kosmik texnologiyalar bəşəriyyətə qlobal təsir etməklə yanaşı, dəqiq hava proqnozları və real vaxtda Yerə nəzarət etmək imkanı verir. Bütün bunlar kosmik texnologiyada böyük irəliləyişlərə səbəb olmaqla yanaşı, orbitə çoxlu sayda peykin buraxılmasına imkan verir. 

 


Fidan SALMANLI

XQ

Son xəbərlər