Bişkekdə yubiley nəşri

post-img

Qırğızıstanda Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan və rus dillərində "Türk dünyasının dahi şəxsiyyəti" kitabı nəşr edilərək təqdim olunub.

Kitabda Azərbaycan, türk və qırğız alimlərinin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr etdikləri məqalələr toplusundan ibarətdir.

Fondun rəhbəri Nüsrət Məmmədovun sözlərinə görə, topluya daxil olan məqalələri iki hissəyə ayırmaq olar. "Birinci hissəyə Heydər Əliyevi görkəmli dövlət xadimi və müasir Azərbaycanın banisi kimi səciyyələndirən məqalələr daxildir. Məqalələrin ikinci hissəsi isə Ulu öndərin Azərbaycan xalqının mə­dəniyyətinin, təhsilinin, ədəbiyyatının inkişafı, mədəni irsinin qorunması və təbliği sahəsindəki fəaliyyətinə həsr olunub", – deyə o, bildirib.

XQ

Son xəbərlər