Batumidə Ulu öndərə həsr olunmuş fotosərgi

post-img

Dünən Batumi Musiqi Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev 100: Firavanlığın memarı” adlı fotosərgi açılıb.

Sərginin açılışında Aca­rıstan Muxtar Respublikası Hökumətinin rəhbəri Tornike Rijvadze, hökumət və parla­ment üzvləri, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaş­ları, Batumidəki Baş konsul Pərviz İsmayılzadə və kon­sulluğun əməkdaşları, Tür­kiyənin Batumidəki Baş kon­sulu, diplomatlar, SOCAR-ın Batumidəki nümayəndəliyi­nin əməkdaşları və ictima­iyyət nümayəndələri iştirak ediblər.

Tornike Rijvadze jurnalist­lərə müsahibəsində deyib ki, Batumidə Azərbaycan xalqı­nın ümummilli lideri, gür­cü xalqının da yaxın dostu Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərginin açıl­ması bizim üçün çox qürur­vericidir və mühüm əhəmiy­yət kəsb edir.

XQ

Son xəbərlər