Masallıda multikulturalizm mövzusunda seminar

post-img

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində cari ilin iyun-noyabr aylarında ölkənin 10 rayonunda Ulu Öndərin Azərbaycan multikulturalizminin inkişafında xidmətlərinə həsr olunan seminarlar təşkil edir. 

Qurumun növbəti tədbiri Masallı şəhərində keçirilib. 

Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa qədim tarixə və zəngin ənənələrə malik Azər­baycanda formalaşan multikultural və tolerant yaşam tərzinin dünyaya nü­munə olduğunu vurğulayıb. 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov ümummilli lider Heydər Əliyevin multikulturalizm siyasətinin ölkənin demokratik inkişafının tərkib hissəsi olduğunu bildirib. Ümummil­li lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə multikultural dəyərlərin qo­runması və inkişafı sahəsində həyata keçirilən siyasi fəaliyyət Prezident İl­ham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

XQ

Son xəbərlər