Naxçıvanda Şəhidlər Xiyabanı və şəhid ailələri ziyarət olunub

post-img

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyevin təşəbbüsü ilə Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları Anım günü ilə bağlı Şəhidlər Xiyabanını və şəhid ailələrini ziyarət ediblər. 

XQ-yə verilən məlumata görə, görüş zamanı şəhid ailələri ilə söhbətlər aparılıb. Bildirilib ki, hər bir Azərbaycan vətəndaşı şəhidlərə və onların ailələrinə borcludur. 

Azərbaycan dövləti Ali Baş Komandanın rəhbərliyi və şəhid və qaziərimizin canları, qanları bahasına torpaqlarımız işğaldan azad edilib və suverenliyimiz tam bərpa olunub. Eyni zamanda, şəhidlərimizin heç bir zaman unudulmayacağı, şəhid ailələrinə daim ehtiram göstəriləcəyi qeyd olunub.

Anar Əli
XQ



Son xəbərlər