Milli Kitabxanada “Beynəlxalq Sülh Günü”

post-img

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Beynəlxalq Sülh Günü” adlı virtual sərgi hazırlanıb. Burada mövzu ilə əlaqədar fotolar, məqalələr və kitablar nümayiş olunur. 

Məlumat üçün bildirək ki, BMT-nin Baş Assambleya­sının 1981-ci il 30 noyabr tarixli qərarı ilə hər il sentyabrın 21-i Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. Bey­nəlxalq Sülh Günü müharibə, təbii fəlakətlərin nəticələri, aclıqdan və ayrı-ayrı dövlətlərin iddialarından meydana gələn regional qarşıdurmalardan əziyyət çəkən milyard­larla insanın ağrılarını duymaq üçün fürsətə çevrilib. 

XQ

Son xəbərlər