Ermənistanın bəzi sosial media hesablarında guya Xankəndi şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən “Qrad” yaylım atəşli reaktiv sistemindən atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır.
Bu barədə XQ-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə məlumatda bildirilir.