25 ailənin də Füzuli həsrəti bitdi

post-img

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 25 ailə Füzuliyə çatıb.

Yenidən çiçəklənən Füzuli doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 25 ailə olmaqla, 73 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Füzu­li şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş əra­zilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük sevinclər qarşılanıblar. 

Füzuli sakinləri hərtərəfli dövlət qay­ğısı ilə əhatə olunduqlarına görə Prezi­dent, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehri­ban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlə­rimizə minnətdarlıqlarını ifadə ediblər. 

Füzuliyə qayıdan ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alıblar.

Bununla da Füzuli şəhərində 144 ailə olmaqla, 514 nəfərin daimi məs­kunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçü­rülməsi davam edəcək.

XQ

Son xəbərlər