Yeni komandan Zakir Həsənova təqdim olundu

post-img

Sentyabrın 12-də Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakovu Müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib.

Qarabağ iqtisadi rayonunda əməliy­yat şəraiti barədə danışan general-pol­kovnik Z.Həsənov son zamanlarda qeyri-qanuni erməni silahlı dəstələri tərə­findən törədilən təxribatların sayının art­dığını xüsusi vurğulayıb.

Öz növbəsində, ordu generalı O.Sal­yukov səmimi qəbula görə təşəkkürünü bildirib, ikitərəfli əlaqələrimizin tarixi kök­lərə əsaslandığını, ölkələrimizin strateji tərəfdaş olduğunu qeyd edib.

XQ

Son xəbərlər