Zakir Həsənovun Pakistana başsağlığı

post-img

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Sahir Şamşad Mirzəyə başsağlığı ünvanlayıb.

Başsağlığında deyilir: “Bəlucistan əyalətinin Qvadar şəhərində helikopte­rin qəzaya uğraması nəticəsində qardaş Pakistan Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının şəhid olması haqqında məlumat məni dərindən kədərləndirir.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələ­rinə dərin hüznlə başsağlığı verir və Al­lahdan səbir diləyirik. Ruhları şad, xa­tirələri əziz olsun.

Allah rəhmət eləsin”.

XQ

Son xəbərlər