Qraparak: Alen Simonyanın vəziyyəti əməliyyat zamanı pisləşib

post-img

Ermənistanın "Qraparak" qəzeti yazır ki, parlamentin spikeri Alen Simonyan əməliyyat olunub. Onun əlində problem var və bu gün ikinci əməliyyat olunub. 

“Bizdə olan məlumata görə, əməliyyat zamanı ciddi fəsadlar yaranıb və həkimlər xəstənin vəziyyətini stabilləşdirmək üçün xeyli səy göstəriblər. Narkozdan çıxandan sonra parlament sədrinin vəziyyəti yenidən pisləşib və narkozun mənfi təsirlərini azaltmaq üçün onu yatmağa məcbur ediblər. Hazırda Alen Simonyanın səhhəti qənaətbəxşdir, o, həkimlərin nəzarəti altındadır”, - deyə "Qraparak" qeyd edib.

Son xəbərlər