Baş prokurorun Qaxda vətəndaşlarla görüşü

post-img

Avqustun 25-də Baş prokuror Kamran Əliyev Qax Rayon Prokurorluğunun inzibati binasında Qax, Şəki, Balakən, Zaqatala və digər rayonlardan olan vətəndaşlarla görüşüb.

Görüşdə iştirak edən 25 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmə­də baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, mülki xarakterli mübahisələr, habelə sosial problemlər­lə bağlı qaldırdığı məsələlərin bilava­sitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kam­ran Əliyev müvafiq göstərişlər verib.

Sonra Baş prokuror əməkdaşlarla konkret tapşırıqlar verib, vətəndaşla­rın müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət da­şıdıqlarını diqqətə çatdırıb.

Həmçinin Baş prokuror Azərbay­can Prezidentinin 2021-ci il 7 may ta­rixli Fərmanı əsasında yaradılan və Azərbaycan Respublikası prokurorluq orqanlarının fəaliyyətində müasir in­formasiya-kommunikasiya texnologi­yalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərə­liliyin artırılmasına dair əməkdaşların təkliflərini dinləyib, eləcə də müza­kirələr aparılmaqla müvafiq göstərişlər verib.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

Son xəbərlər