“Heydər Əliyev siyasəti: Müasir dövlət quruculuğu”

post-img

Dünən Şəmkir şəhərində bu mövzuda konfrans keçirilib. 

Konfransda çıxış edən Baş Pro­kurorluğun idarə rəisi Ceyhun Kazımov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mövcud iqtisadi inkişafın və hərtərəfli tərəqqinin əldə olunmasındakı rolun­dan bəhs edib. Heydər Əliyevin müasir dövlət quruculuğu konsepsiyası barə­də danışan Ceyhun Kazımov həmin siyasətin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiril­diyini diqqətə çatdırıb.

Konfransda çıxış edən Şəmkir Ra­yon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev işgüzar tədbirin Şəmkir şəhə­rində təşkilindən məmnunluğunu ifadə edib.

Tədbirdə, Milli Məclisin depu­tatı Nurlan Həsənov, Şəmkir rayon prokuroru Azər Hətəmov, Baş Pro­kurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov və digərləri fenomenal şəxsiyyət Heydər Əliyevin xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi möv­zularında danışıblar.

Tədbir iştirakçıları Ulu öndərdən bəhs edən sənədli filmə baxıblar.

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fi­kir mübadiləsi aparılıb.

Hamlet QASIMOV,
“Xalq qəzeti”

Son xəbərlər